Atın başına keçirilən yem torbası. (“Koroğlu” dastanının lüğəti)
“Divanü Luğat-it-Türk” də sıpakur (sıp akurı) sözü işlənib. Sıp, sıpa – iki yaşına girmiş day deməkdir.
Buları sən öldürtdüyünü bilsə, dəliləri tökər, hamımızı qırar, şəhəri talayar, torpağını at torbasında Çənnibelə çəkər. (“Koroğlunun Bayazıd səfəri”) (Hümmət Əlizadə)
*
Səhərdən axşama kimi bir at torbası pul qazanıb odabaşının dalına verib hücrəyə gətirirdi. Beləcə neçə gün sovuşdu. (Paris nüsxəsi, 12-ci məclis)